MƏMMƏD ARAZ

MƏMMƏD ARAZ – SUR LA TOUR EIFFEL – EYFEL QÜLLƏSİNDƏ…

MƏMMƏD ARAZ – EYFEL QÜLLƏSİNDƏ… Eyfel qülləsindən Parisə baxdım, Par-par parıldayan Pari, Paridır. Hər küçə alışan bir boyunbağı, Hər bina bəzəkli bir mirvaridir. Seçilir qülləli, uca kilsələr, Qələbə tağları baxır göylərə. Bəlkə bir binanı silkələsələr, Bir şəhər işığı tökülər yerə. Evlər arxasında atlı krallar İtir qəzəbiylə, əsəbiylə bir. Uzaqdan hamının yoludu yollar, Uzaqdan qəbristan şəhər […]

MƏMMƏD ARAZ – Ağarma saçlarım, ağarma – Ne Grisonnez Pas Mes Cheveux, Ne Grisonnez Pas !

MƏMMƏD ARAZ – Ağarma saçlarım, ağarma Nə erkən sənə dən düşdü, Niyə düşdü, nədən düşdü? Beynimmi qüvvədən düşdü? Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı… Artdı alnın qırışları, Səndə insaf olsun barı Ağarma, saçım, ağarma! Məni qəmgin görsə əgər Düşmən gülər, dost qəm yeyər, Qızlar baxıb “dayı” deyər, Ağarma, saçım, ağarma! Daşdır qəlbin, daşdır canın, […]

MƏMMƏD ARAZ – İTƏ DAŞ ATMA – NE LANCE PAS DE PIERRE!

MƏMMƏD ARAZ – İTƏ DAŞ ATMA Gəl, itə daş atma, Daş atma, bala! İt ar bilməyəcək daldalanmağı. Daşın bir yaddaşda ilişib qalar, Burdan öz yolun da düşəcək axı! Daşçün it olmağın, Adam olmağın Nə fərqi?.. Daş atma, daş atma, bala! 1980 — NE LANCE PAS DE PIERRE! Ne lance pas de pierre à ce chien-là […]

MƏMMƏD ARAZ – LETTRE POUR L’AUTRE COTE DE L’OCEAN

MƏMMƏD ARAZ – OKEANIN O TAYINA MƏKTUB Cənablar, indi siz yuxuda olarsız. Mən indicə yuxudan qalxdım. Yuxumda Sənəm qarı Cücələrinə dən verirdi. Bir ana sərçə də qoşulub onlara Balasına yem verirdi. Hardansa qırğıların Bir azğını, bir sərsəmi Şığıyıb aldı sərçəni. Demə, bu, sonuncu ovuymuş qırğının, Başlanıb meşə ölümü, Meymun qırğını, fil qırğını. Pələnglər, şirlər suya […]

MƏMMƏD ARAZLI – LE VIEUX ET LA MER

MƏMMƏD ARAZLI – QOCA VƏ DƏNİZ E.Xemenqueyin ölümünə Saçları — rənginə bənzər, Səsi — ahənginə bənzər, Yatağı — sinəsi olan, Ləpəsi — nəğməsi olan Bir dəniz yaratdı qoca. O, sərhəd bilmədən üzdü, Üzdü qitələr boyunca… Tale fırtına yaratdı, Avar düşdü, qayıq batdı… Fəqət sahil daşlarına Həkk olunan bir iz qaldı: “Qoca getdi, dəniz qaldı…” 1961 […]

MƏMMƏD ARAZ – S’IL N’Y AVAIT PAS DE GUERRE

MƏMMƏD ARAZ – S’IL N’Y AVAIT PAS DE GUERRE Nous pouvons en faisant fondre les larmes dans le four Martin, Nous pouvons jeter un pont entre la Terre et le Mars S’il n’y avait pas de guerre. Le qlobe terrestre peut porter en un jour ses fruits millénaires, Le savant peut traîner la Lune et […]

MƏMMƏD ARAZ – DÜNYA SƏNİN, DÜNYA MƏNİM…- LE MONDE EST A TOI, LE MONDE EST A MOI…

Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, Dünya mənim, Dünya heç kimin… Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, Dünya mənim, Dünya heç kimin… Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi […]